Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Təcrübəli bankir "Bank VTB (Azərbaycan)"ın rəhbərliyinə gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təcrübəli bankir "Bank VTB (Azərbaycan)"ın rəhbərliyinə gətirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın "VTB" bankının Azərbaycandakı törəməsi olan "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinə yeni təyinat olub.

 

Məlumata görə, 2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov İdarə Heyətinə üzv seçilib. Y.Cəlilov həmçinin adıçəkilən bankda Korporativ biznesin inkişafı departamentinin direktorudur. Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından etibarən adıçəkilən departamentə rəhbərlik edir.

 

Yeri gəlmişkən, Y.Cəlilov hazırda bankın İdarə Heyətində yeganə azərbaycanlıdır. Belə ki, "Bank VTB (Azərbaycan)"nın İdarə Heyətinin sədri Yevgeni Kirin, Vadim Klimenko və Roman Rudakov isə digər üzvlərdir. 

 

Qeyd edək ki, Y.Cəlilov "Xəzər" Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın "Warwick Business School" ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib.

 

Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini - Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb. Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.

 

Onu da əlavə edək ki, Y.Cəlilov Azərbaycan Banklar Assosiasiyasında Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Eskpert qrupunun sədridir.

06.02.2019 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ