Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İki Fed rəsmisindən Martda faizin artırılacağına güclü işarə

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki Fed rəsmisindən Martda faizin artırılacağına güclü işarə

Fed-in iki təsirli üzvü Dadli və Uilyam, faizin Mart toplantısında artırılması üçün daha çox istəkli olduqlarına işarə ediblər.


 
ABŞ Mərkəzi Bankı Fed-in iki təsirli rəsmisi, pul siyasətinin Mart ayındakı toplantıda sərtləşdirilməsi (faizin artırılması) məsələsində daha çox istəkli olduqlarına işarə ediblər.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Nyu-York Fed sədri Vilyam Dadli, Çərşənbə günü CNN International-a verdiyi müsahibədə, pul siyasətinin sərtləşdirilməsi üçün zəminin son aylarda "daha da gücləndiyini" deyib. 

 

Dadli, "indi risklər azalıb" deyib.


 
Dadlinin şərhləri, Federal Açıq Bazar Komitəsinin 14-15 (FOMC) Martda keçirəcəyi iclasda "faizin artırılmasına ciddi baxılacağını" deyən San-Fransisko Fed sədri Con Uilyamsın çıxışının ardından gəlib.
 


Fed rəsmilərinin "şahin tonlu" şərhləri, 2009-ci ildən sona səkkiz ildir ABŞ iqtisadiyyatında görülən iqtisadi artıma olan inama işarə edir. Bu etimadın arxasında, artan müəssisə və istehlakçı etimadı, daha güclü maliyyə bazarları və Prezident Trumpın ekspansionist maliyyə siyasətləri tətbiq etməsi istiqamətində artan ehtimal yer alır.


 
Bu iki Fed rəsmisinin çıxışının ardından, Fedin Mart ayında faiz artıracağı ehtimalı 70 faizin üzərinə çıxıb. Bu ehtimal bir həftə əvvəl 34 faiz həddində idi. İndi treyderlər diqqətləri Fed sədri Janet Yellenin Cümə günü edəcəyi çıxışına çevirilib.

01.03.2017 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ