“Veysəloğlu”, əməkdaşının ölümü ilə bağlı hadisəyə münasibət bildirib

Mingəçevirdə "Veysəloğlu" şirkətlər qrupunun işçisi özünü anbarda asaraq intihar edib. Baş verən olayla bağlı “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovla əlaqə saxladıq.

 

İ.Məmmədov baş verən bədbəxt hadisəyə münasibət bildirərək Mingəçevir şəhərində yerləşən anbar işçisi İsmayılov Vidadi Valeh oğlunun vəfatından dərin kədərləndiklərini, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşının ailə üzvlərinə baş sağlığı verdiklərini söyləyib.  

 

Şirkət rəsmisi hadisənin səbəblərinin hələlik məlum olmadığını və hüquq mühafizə orqanları tərəfindən müvafiq istintaq işlərinin aparıldığını qeyd edib.

 

Qeyd edək ki, 1976-cı il təvəllüdlü, Şəki rayon sakini İsmayılov Vidadi Valeh oğlu 2006-cı ildən "Veysəloğlu" şirkətində çalışıb.

6 Fevral 2019 , 20:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin