"Avtomobilin bazar dəyəri 1500 manat, təmir xərcləri 2500 manatdan çox ola bilir..."

"Sığorta sahəsidə müştəri məmnuniyyəti tam təmin edilməyib. Gecikdirilmiş ödənişlər məsələsi əvvəlki kimi olmasa da, hələ də aktual olaraq qalır". 

 

"Marja" xəbər verir ki, bunu sığorta mütəxəssisi Hikmət Allahverdi bildirib. 

 

Mütəxəssisin sözlərinə görə, zərərin qiymətləndirilməsi, ödənişin həyata keçirilməsi və ya təmir məsələsi kimi problemlər hələ də tam şəkildə öz həllini tapmayıb və bu məsələdə birmənalı olaraq  sığorta şirkətlərini günahlandırmaq olmur: "Sadə bir misal çəkəcəm: 1987-ci ilin  VAZ markalı bir avtomobili qəza nəticəsində zərər görür. Bu avtomobilin real bazar dəyəri misal üçün 1500 manat civarındadır. Təmir xərcləri isə 2500 manatdan çoxdur. Bu halda sığorta şirkəti haqlı olaraq bu avtomobilin təmirini məqbul saymayacaq... Təbii ki, bütün hallarda sığorta şirkətləri haqlı deyil, dəymiş zərərin məbləğini bilərəkdən azaltma, ödəniş məbləğinin gecikdirilməsi halları da vardır. Amma əvvəlki illərlə müqayisədə bu sahədə kifayət qədər irəliləyiş var".

7 Fevral 2019 , 09:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin