Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

""Çek istəyirsinizmi"? sualı şəffaflığı şübhə altına alır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
""Çek istəyirsinizmi"? sualı şəffaflığı şübhə altına alır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"BakıKART"-ın ödəmə terminallarında, müştərinin seçimindən asılı olaraq çekin təqdim edilməsi bu layihənin icrası ilə məşğul olan müəssisənin maliyyə uçotu zamanı şəffaflığını şübhə altına alır.

 

Bunu "Marja"ya “World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov bildirib. 

 

Elşən Orucov ictimai əhəmiyyət daşıyan mövzuya toxunaraq bildirdi: ""BakıKART"-ın metro stansiyalarının girişində quraşdırılan ödəmə terminallarında gediş haqqı üçün balansı artırdıqda sistem avtomatik olaraq "Çek istəyirsinizmi"? sualını verir. "Bəli", düyməsni vurmasanız (yaxud heç bir düymə vurmasanız), sizə çek verilməyəcək. Bu isə həmin müəssisənin maliyyə uçotu zamanı şəffaflığını şübhə altına alır".

 

Elşən Orucov qeyd etdi ki,ki, Vergilər Məcəlləsində nağd pul hesablamaları və pərəkandə ticarət zamanı çek, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin məcburiliyi vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuşdur:

 

"Belə ki, VM 16.1.9-cu Maddəsində vergi ödəyicilərinin vəzifələri hissəsində qeyd olunur: Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Həmin Məcəllənin 16.1.8-ci Maddəsində isə göstərilir:  aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək. Göründüyü kimi, kartın balansının artırılması nağd ödəmə olmaqla yanaşı, pərakəndə ticarətə aid əməliyyatdır".

07.02.2019 08:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ