Azərbaycanda ilk ticarət festivalı bu tarixlərdə keçiriləcək
Azərbaycanda birinci turizm festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək.
“Marja” xəbər verir ki, bunu Fevralın 28-də Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
NAzir deyib ki, 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda elektron viza sisteminin tətbiqi və bu ilin yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır.
Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir bildirib ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək. Qeyd edilib ki, bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
1 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl