Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"PAŞA Bank"ın törəməsinin rəhbərliyində dəyişiklik olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"ın törəməsinin rəhbərliyində dəyişiklik olub

“PAŞA Bank” ASC-nin Gürcüstanda törəməsi olan “Paşa Bank Gürcüstan"nın rəhbərliyində yeni təyinatlar olub.

 

Reklam_3_11

“Paşa Bank Gürcüstan"dan verilən məlumata görə, Corc Qalonti (George Glonti) və Ebru Ogan Knottnerus bankın Müşahidə Şurasının müstəqil üzvləri təyin edilib.

 

Məlumata görə, Ebru Ogan Knottnerus bankın audit komitəsinin müstəqil üzvü, Corc Qalonti isə audit komitəsinin sədri vəzifəsinə təyinat alıb. Bu ilin yanvarın 1-dən etibarən hər iki şəxs yeni vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, hazırda “Paşa Bank Gürcüstan"ın Müşahidə Şurasının 5 üzvü var. Belə ki, Fərid Məmmədov bankın Müşahidə Şurasının sədri, Cəlal Qasımov, Şahin Məmmədov üzvləri, Corc Qalonti və Ebru Ogan Knottnerus isə müstəqil üzvləridir.

 

Qeyd edək ki, “Paşa Bank Gürcüstan"a lisenziya 2013-cü il yanvarın 17-də Gürcüstan Milli Bankı tərəfindən verilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

07.02.2019 10:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ