Mobil manşet üstü reklam_21

Taxıl yuyulmayacaq, daha keyfiyyətli un istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taxıl yuyulmayacaq, daha keyfiyyətli un istehsal ediləcək

“Ağstafa Aqropark”da Almaniya və İsveçrə texnologiyalarından istifadə olunub.

 

Aqroparkın müşahidə şurasının sədri Rəsul Orucov bildirib ki, artıq ərazidə Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası yekunlaşıb. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.

 

Region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat saatda istehsal gücü müvafiq olaraq 25 və 5 ton olan dənli və paxlalı bitkilər toxumu zavodlarından, saatda 200 ton emal gücü olan taxıl təmizləmə, çeşidləmə və qurutma sahəsindən, sutkada 120 ton istehsal gücü olan taxıl dəyirmanı və qaba yem zavodundan, yarımfabrikat çörək və hazır çörək zavodundan ibarətdir. Burada, həmçinin mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilib.

 

“Ağstafa Aqropark”da inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradır. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq.

 

Dəyirmanın üstünlüyü ondadır ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcək. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

07.02.2019 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ