Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank Amerika təcrübəsindən faydalanacaq - üzv seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank Amerika təcrübəsindən faydalanacaq - üzv seçildi

Kapital Bank beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. Qeyd edək ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

 

Reklam_3_11

Bu münasibətlə Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) prezidenti Tod Barvel ilə görüşüb. Görüş zamanı Bankçılıq sahəsində olan bir sıra mühüm məsələlər müzakirə olunub.

 

“Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Kapital Bank olaraq Amerika Banklar Assosiasiyasına üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

 

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir.  

01.03.2017 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ