Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yol polisi bir ildə 86 milyon manat cərimələr tətbiq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yol polisi bir ildə 86 milyon manat cərimələr tətbiq edib

2018-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında statistika açıqlanıb


 

Reklam_3_11

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olmuşdur.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 722-si həlak olmuş, 1711-i isə yaralanmışdır. Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

 

Yol-nəqliyyat hadisələrinin 90,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olmuşdur.

 

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı

2018-ci il, vahid

2017-ci ilə nisbətən, faizlə

Bütün yol-nəqliyyat hadisələri – cəmi

1817

99,1

Məkanına görə:

magistral avtomobil yollarında

182

80,9

yaşayış məntəqələrində

1635

101,7

İşıqlılıq vəziyyətinə görə:

gündüz vaxtı

744

93,4

toran vaxtı

370

108,8

gecə vaxtı

703

101,0

Yol örtüyünün vəziyyətinə görə

quru yol örtüyü

1701

97,1

digər (yaş, buz və s.)

116

141,5

Zərərçəkənlərin sayı, nəfər

2433

98,5

həlak olanlar

722

96,3

yaralananlar

1711

99,5

 

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil etmişdir.

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş vermiş, nəticədə 27 nəfər ölmüş, 36 nəfər yaralanmışdır. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

 

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olmuşdur. Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir. Qeyd edək ki, 2017-ci ildə qaydaların pozulmasına görə 73,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdi.

07.02.2019 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ