Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Böyük Britaniya faiz qərarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya faiz qərarını açıqlayıb

Böyük Britaniya Mərkəzi Bankı (BoE) Fevral ayı toplantısında uçot dərəcəsini 0.75%-də, qiymətli kağız alışı proqramını isə 435 milyard sterlinqdə saxlayıb.  

 

"Marja" xəbər verir ki, Bankın faiz nisbətlərində və qiymətli kağız alışı proqramında dəyişiklik etməsi gözlənilmirdi.

 

Bank,"Brexit"in iqtisadiyyata olan zərərinin artdığına diqqət çəkərək iqtisadi artım proqnozlarını aşağı salıb. 

 

İnvestisiyalarda kəskin azalma nəzərdə tutan və qeyri-müəyyənliyin də artdığını qeyd edən bank, bu ilki iqtisadi artım təxminini 1.7%-dən 1.2 %-ə salıb. Bu, 2016-dakı referendumdan bəri ən sürətli azaltmadır. 2020-ci il üçün də  təxmin 1.7%-dən 1.5%-ə endirilib. 

 

Açıqlamada inflyasiyanın qarşıdakı aylarda neft qiymətlərindəki enişlə müvəqqəti 2%-dən aşağı düşəcəyi qeyd edilib. 12 ay sonra üçün inflyasiya proqnozu 2.10%-dən 2.35%-ə qaldırılıb, 24 ay sonrası üçün isə 2.12 % -dən  2.07%-ə salınıb.

 

Böyük Britaniya 29 Martda Avropa Birliyindən '"boşanmaya'" hazırlaşır, amma hələ bir razılaşmanın olmaması şirkətlərin investisiyaları azaltmalarına və istehlakçıların da narahatlıqlarının artmasına səbəb olur.

 

Açıqlamadan sonrası sterlinq dollar qarşısında geriləyib.

07.02.2019 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ