Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bacanağına kredit verdiyini etiraf edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bacanağına kredit verdiyini etiraf edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Reklam_3_11

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən C.Hacıyev dövlət ittihamçılarının və vəkillərin suallarını cavablandırıb.

 

O bildirib ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib: "İşlərim çox olduğuna görə bunları çatdıra bilmirdim. Layihələri Dünyamin Xəlilov və müavinim olmuş Emin Mustafayevə tapşırmışdım. Heç kəs verilən kreditlərdən pul qazanmayıb. Axı Dünyamin Xəlilov bütün layihələrə nəzarət edə bilməzdi. Buna onun fiziki gücü çatmazdı. Ona görə də digər MMC-lər yaradıldı".

 

C.Hacıyev digər təqsirləndirilən İsmayıl Hidayət-zadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını etiraf edib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib. Həmçinin digər təqsirləndirilən Fariz Muradov da istedadlı şəxsdir. O, bacarıqlı şəxs olduğuna görə lahiyə üçün kredit ayrıldı".

 

Sabiq bank rəhbəri 2006-cı ildə bankla "Pərvanə" MMC arasında 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyib: "Yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmirəm".

 

Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pullardan Azərbaycana hamısı qayıdıb: "Bu layihələr Azərbaycan üçün xeyir verib". Hakim isə söyləyib ki, istintaq materiallarında belə bir şey qeyd edilməyib.

 

Daha sonra digər təqsirləndirilən Zaqatala Olimpiya Kompleksinin sabiq rəhbəri Arif Ramazov ifadə verib. O, 2008-ci ildən Kompleksin direktor vəzifəsində çalışdığını bildirib.

 

A.Ramazanov dindirilən zaman bütün tapşırıqları D.Xəlilovdan aldığını, aylıq əmək haqqının isə 300-600 manat arası olduğunu söyləyib: "İşlədiyim dövrdə bütün sənədlərlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm".

 

O qeyd edib ki, keçmiş "Simurq" klubunun ev oyunlarını keçirdiyi stadionun tikintisi üçün Beynəlxalq Bankdan kredit götürülüb: "Həmin tikinti də başa çatmadı. Sonra Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Gedib kredit götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib. Olimpiya Konpleksinə alınan mebellər də xarici ölkədən gətirilib. Onun sənədləşmə işlərinə, gömrük bəyannamələrinə də Dünyamin Xəlilov nəzarət edib".

 

Təqsirləndirilən A.Ramazanov D.Xəlilovun ona ünvaladığı suala cavab verərək deyib ki, Kompleksə direktor vəzifəsinə seçilməsi ilə bağlı namizədliyini C.Hacıyev verib: "2012-ci ildə Kompleksdə vergi yoxlması aparılıb. Yoxlama zamanı bütün sənədləri, hətta möhürü də özləri götürdülər. Onlar bildirdilər ki, cinayət işi açılıb, bir müddət yoxlamalar davam etdi. Yoxlamalar başa çatanda dedilər ki, həmin cinayət işinə xitam verilib".

 

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

07.02.2019 15:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ