Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin ucuzlaşması diqqət mərkəzində - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin ucuzlaşması diqqət mərkəzində - GÜNƏ BAXIŞ

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-ın fond indekslərində, dolların və neft qiymətlərində müşahidə edilən ucuzlaşma diqqət mərkəzində olacaqdır.


 

Reklam_3_11

Avropa iqtisadiyyatında risklər ABŞ-da da narahatlıqla izlənilir. 

 

Dünya maliyyə bazarlarında Avropa iqtisadiyyatının zəifləyə biləcəyi proqnozları özünün mənfi təsirlərini Amerikanın səhm bazarlarında da göstərib. Amerikanın fond bazarlarında müşahidə edilən sürətli eniş dalğası, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də ucuzlaşma ilə təsir edib.

 

Foreks bazarlarında dollar 0.3% ucuzlaşa bilər. 

 

Foreks bazarlarında dolların qiymətləri cari həftənin maksimum səviyyəsi altında qaldıqca, əlavə olaraq 0.3% də ucuzlaşa bilər.

 

Neft qiymətləri təzyiq altında. 

 

Dünya iqtisadiyyatında zəifləmə neftə olan tələbin də azalmasına təsir edir və Avropanın Brent neftinin bir barel qiyməti də 59$-a kimi də dəyər itirə bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 21:00-da açıqlanacaq Amerikanın neft platformalarının sayı ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

08.02.2019 06:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ