Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trampdan qorxuları artıran açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan qorxuları artıran açıqlama

ABŞ Prezidenti Donald Tramp, Çin məhsullarına gömrük rüsumlarının artırılacağı 1 Mart tarixindən əvvəl Çin Prezidenti Xi Jinping ilə görüşməyəcəyini bildirib. Bu açıqlama ticarət danışıqlarında razılığın olmayacağına dair qorxuları artırıb. 
 

"Marja" xəbər verir ki, cümə axşamı günü Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti Donald Tramp, Çin Prezidenti Xi ilə bu ay görüşüb-görüşməyəcəyi barədə suala, "yox, bəlkə daha sonra" şəklində cavab verib.
 

Ötən ay Tramp jurnalistlərə, "Fevral ayının sonlarına doğru Xi ilə görüş planlaşdırdığını və bunun ticarət razılaşmasına gəlmək üçün yaxşı bir şans olduğunu" bildirmişdi.
 

Tramp, Yanvar ayının sonunda jurnalistlərə verdiyi açıqlamada isə, 1 Martda Çin məhsullarının gömrük rüsumlarının 25 faiz artacağını xatırladaraq, bunun olmaması üçün çalışdıqlarını bildirmiş və Çinlə ticarət danışıqlarının "yaxşı getdiyini", ancaq Çin Dövlət Başçısı ilə görüşdən yekun razılaşma olmayacağını söyləmişdi.
 

ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer və Xəzinə Naziri Stiv Mnuçin gələn həftə Pekində Çinin rəsmi şəxsləri ilə danışıqları davam etdirəcəklər.

08.02.2019 07:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ