Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq"

Beynəlxalq təcrübəyə və Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda sosial evlər ümumi mənzil bazarının 10%-dən çox ola bilməz. Biz bunu nəzərə almışıq.

 

Reklam_3_11

Bunu "Caspian European Club"un üzvləri olan biznes nümayəndələri ilə görüşündə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

 

Onun sözlərinə görə, bu, bazarda rəqabət üçün vacibdir. 

 

S.Nuriyev onu da deyib ki, hazırda inşa olunan Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq: "Kompleksin ərazisi 11,6 hektardır. Burada 29 bina olacaq. Həmçinin bundan əlavə qeyri-yaşayış sahələri də tikiləcək. Biz bu prosesə biznes nümayəndələrini də dəvət edirik. Komplekslərin tikintisində MİDA birbaşa iştirak etməyəcək. Bizim işimiz yalnız prosesə nəzarət etmək olacaq". 

 

Qurum rəsmisi komplekslər üçün ərazi seçimində orada yaşayacaq insanların işə çatma vaxtının da nəzərə alındığını deyib: "Hesablamalarımıza görə həmin kompleksdə yaşayan insnaların öz iş yerlərinə çatma vaxtı maksimum 40-45 dəqiqə olacaq".

 

© Report

01.03.2017 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ