Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azsığorta” zərərdən mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azsığorta” zərərdən mənfəətə keçib

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Azsığorta” şirkəti 2018-ci ili 4,7 milyon manat xalis mənfəətlə başa vurub.

 

Şirkətin yayadığı məlumatda bildirilir ki, mənfəətin əldə edilməsi – portfelin keyfiyyətinin yaxşılaşdırılması, xərclərin azaldılması və investisiya gəlirləri sayəsində mümkün olub.

 

Müqayisə üçün qeyd edək ki, “Azsığorta” ASC 2017-ci ili 3 milyon 64 min manat xalis zərər ilə bağlamışdı.

 

Məlumatda qeyd edilib ki, 2018-ci ildə şirkət könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 20 milyon manatdan çox sığorta haqqı toplayıb. Sığorta ödənişlərinin həcmi isə 8 milyon manat təşkil etmişdir.

 

2018-ci il ərzində AZSIĞORTA şirkətinin kapitallaşması 29,9 milyon manatdan 34,7 milyon manatadək artıb. Nizamnamə kapitalı 20,3 milyon manat səviyyəsində qalan şirkət bu göstərici üzrə bazarda 3 sığorta şirkətindən biridir.

 

Ümumi aktivlərin həcmi, demək olar ki, dəyişməyərək, 61 milyon manat səviyyəsində qalıb. Bununla belə, 2017-ci ildə 53,6 milyon manat olan qısamüddətli aktivlər 54,1 milyon manatadək artıb. Keçən il ərzində şirkətin debitor borcları 1 milyon manat həcmində azalmışdır.

 

Qeyd edək ki, bu gün “AzSığorta” şirkətində mətbuat konfransı keçirilib. Şirkətin İdarə Heyətinin sədri Anar Talıbov jurnalistlərin suallarını cavablandırıb.

08.02.2019 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ