Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“SOCAR Turkey” yaxın zamanda yanacaqdoldurma şəbəkəsi almağı planlaşdırmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Turkey” yaxın zamanda yanacaqdoldurma şəbəkəsi almağı planlaşdırmır

 “SOCAR Turkey Enerji A.Ş.”nin gələcək strateji hədəflərində yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkə almaq niyyəti var, amma bu, yaxın zamanda planlaşdırılmır.

 

Bu barədə “SOCAR Turkey Enerji”dən bildirilirb.

 

KİV-də yayılmış məlumata görə, “SOCAR Turkey Enerji”nin 600-700 yanacaqdoldurma məntəqəsinə sahib şirkət satın almağı planlaşdırır.

 

“SOCAR Turkey”dən deyilib ki, şirkətin uzunmüddətli strateji hədəfləri mövcuddur və bu hədəflər çərçivəsində addımlar atılır. Qeyd edilib ki, hazırda əsas strateji hədəfə Türkiyənin neft-kimya sahəsində inkişaf etmək, yeni neft-kimya kompleksinin inşasını həyata keçirmək daxildir: “Sözsüz ki, gələcəkdə Türkiyədə yanacaqdoldurma şəbəkəsinə də malik olmaq niyyətimiz var. Lakin bu, hələlik gündəmdə deyil”.

 

Şirkətdən o da xatırladılıb ki, bu yaxınlarda Almaniyanın EWE şirkətinin Türkiyədəki təbii qaz paylama şirkətlərindəki payı satın alınıb, şirkət İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderin qalibi olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

08.02.2019 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ