Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İsveçrə hökuməti hakerlərə mükafat verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrə hökuməti hakerlərə mükafat verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hakerlər bir ay boyunca İsveçrənin elektron səsvermə sisteminə hücum edə biləcəklər.

 

Bu addımla İsveçrə hökuməti “Schweizer Post AG” tərəfindən təqdim edilən sistemin etibarlılığını yoxlamaq və həmçinin əhalidə bu sistemə qarşı inam yaratmaq niyyətindədir. Artıq 450-dən artıq haker bu məqsədlə www.onlinevote-pit.ch saytında rəsmi qeydiyyatdan keçib və fevralın 25-dən martın 24-dək elektron səsvermə sisteminə hücum edə biləcəklər. İspaniyanın “Scylt” şirkətinin hazırladığı texnologiyanın yoxlanılması gələcəkdə mümkün boşluq və manipulyasiya imkanlarının qarşısını indidən almağa xidmət edir.

 

Hakerlərin qarşısına sayt idarəçilərinin xəbəri olmadan sistemi manipulyasiya etmək, saxta seçici profilləri yaratmaq və ya mövcud olanları dəyişmək, hər bir seçicinin məxfi səsvermə nəticələrini aşkara çıxarmaq və onu saxtalaşdırmaq, ümumi səsvermə nəticələrinə təsir etmək və s. tapşırıqlar qoyulub. Hakerlərin marağını artırmaq üçün, ümumilikdə, 250 min İsveçrə frankı məbləğində mükafat fondu da təsis edilib. Hansısa seçicinin kimə səs verdiyini aşkara çıxara bilən hakerə 5 min frank, aşkar edilmədən fərdi səsləri manipulyasiya edən hakerlərə isə 20-50 min frank arasında mükafat vəd edilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

08.02.2019 13:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ