Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Samsung-dan ağıllı telefonlar üçün 1 TB-lıq yaddaş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samsung-dan ağıllı telefonlar üçün 1 TB-lıq yaddaş

Ağıllı telefonlar ilə bərabər yaddaş texnologiyalarına da fokuslanan Cənubi Koreyanın "Samsung Electronics" şirkəti 1 terabayt (TB) Universal Yaddaşı (eUFS) təqdim edib. 

 

"Marja" xəbər verir ki, 1 TB daxili yaddaş sayəsində telefonlara əlavə yaddaş kartları almaq lazım olmayacaqdır. Ağıllı telefonlar kompüterlərdəki kimi  böyük həcmdə yaddaşa malik olacaqdır.

 
"Samsung Electronics"in Vitse-prezident Cheol Choi, 1 TB yaddaşı olan eUFS-in, yeni nəsil mobil cihazlarda kompüterə bənzər bir imkan təqdim etməkdə kritik rol oynayacağını deyib.

 

Yeni Universal Yaddaş, 64 GB daxili yaddaşdan 20 dəfə daha çox yer və standart microSD kartlardan 10 dəfə daha yüksək sürət təqdim edəcək.

 

Bu yaddaş həlli ilə ağıllı telefon istifadəçiləri artıq 10 dəqiqəlik 260 ədəd 4K UHD (3840x2160) videonu telefonlarında saxlaya biləcəklər. Hazırda ağıllı telefonlarda geniş olaraq istifadə edilən 64 GB eUFS ilə eyni ölçüdə 13 ədəd video saxlamaq mümükndür.

08.02.2019 14:26

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ