Ən yuxarı statik reklam_3

Argentinada ictimai nəqliyyatda kriptovalyuta ilə ödəniş mümkündür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Argentinada ictimai nəqliyyatda kriptovalyuta ilə ödəniş mümkündür

Rəqəmsal pulların tətbiq edildiyi sahələr artmaqda davam edir. Argentinada avtobuslarda, qatarlarda və metroda Bitkoindən istifadəyə başlanılıb.

 

Reklam_3_11

Bitcoin.com saytı xəbər verir ki, təmassız SUBE (Sistema Único de Boleto Electrónico) milli smart-kartlarının istifadəçiləri Argentinanın 37 şəhərində həmin kartlardan ictimai nəqliyyatda (avtobus, metro və qatarlarda) gediş haqqını bitkoinlə ödəmək üçün yararlana bilərlər. Bu, “Alto Viaje” operatorunun “Bitex” maliyyə-texniki şirkəti ilə əməkdaşlığı sayəsində mümkün olub.

 

İstifadəçilər kriptovalyutadan başqa SUBE kartlarını “PayPal” sisteminin köməyi ilə də yükləyə bilərlər. Bitkoində minimal məbləğ 50 peso (cari məzənnəyə əsasən 1,32 ABŞ dolları) təşkil edir. Daha sonra platformaya “Rapipago” şəbəkəsi də qoşula bilər ki, burada da kommunal hesablar, xüsusi xidmətlər və vergilər üzrə ödənişlər nəzərdə tutulub.

 

Bundan əvvəl Fransanın tütün mağazalarında rəqəmsal pulu əldə etmək üçün vauçerlərin satışına başlayıblar. Yanvarın əvvəllərində 6 ticarət məntəqəsində bitkoin və “Ethereum” kriptovalyutalarını almaq təklif olunurdusa, yaxın günlərdə onların sayının yüzü ötməsi mümkündür.

08.02.2019 18:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ