Ən çox Rusiya, Türkiyə və Çindən mallar alırıq

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2018-ci ildə Azərbaycanın idxalınının dəyəri 11 milyard 465  milyon dollar təşkil edib.

 

Ötən il, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

 

2017-ci ildə Azərbaycanın idxalının dəyəri 8 milyard 782 milyon dollar təşkil etmiş, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 14,5 faizi Türkiyə, 9,7 faizi Çin, 8,2 faizi ABŞ, 5,2 faizi Ukrayna, 5,1 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,0 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Norveç və Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdü.

9 Fevral 2019 , 09:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin