Ən yuxarı statik reklam-3_3

Azərbaycanda ilkin mərhələdə 600 ədəd "QAZ" markalı avtomobil istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilkin mərhələdə 600 ədəd "QAZ" markalı avtomobil istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Bu gün Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan "QAZ" markalı avtomobil istehsalı zavodunda ilkin mərhələdə təxminən 600 ədəd avtomobil istehsal olunacaq".

 

Reklam_3_11

Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov jurnalistlərə bildirib.

 

"İllik istehsal gücü 1000 ədəd olan zavodda ilk il 600 ədəd avtomobil istehsalı nəzərdə tutulur. Yaxın gələcəkdə baza modellərdən əlavə, xüsusi təyinatlı avtomobillərin istehsalı da nəzərdə tutulur. İkinci mərhələdə isə orta və böyük ölçülü avtobuslar istehsal ediləcək".

 

O qeyd edib ki, zavodun məhsullarının ixrac olunması da planlaşdırılır və ilk növbədə avtomobillərin İrana ixracı nəzərdə tutulur: "İrana ixracla bağlı danışıqlar aparılır. "QAZ" zavodu özü Rusiyadan məhsullarının ixracı ilə bağlı İran tərəfi ilə danışıqlar aparmışdı. Lakin Azərbaycandan İrana ixrac həm logistika, həm də münasibətlər baxımından daha asandır. Bizim İranla avtomobil sənayesində əməkdaşlığımız da mövcuddur".

 

Onun sözlərinə görə, Azərbaycan bazarında bu tipli avtomobillərə tələbat təxminən min ədədə yaxındır: "Yeni zavod yerli tələbatın təxminən 50-60%-ni ödəyə biləcək".

 

Qeyd edək ki, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

09.02.2019 15:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ