Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergilər nazirinə xüsusi rütbə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər nazirinə xüsusi rütbə verildi

Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 

 

Həmçinin Prezident İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

 

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Azər Oqtay oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Cəfərov Azər Sihət oğlu

Əliyev Rəşad Qəhrəman oğlu

İmanov Asəf Polad oğlu

İskəndərov Kamal Bahadır oğlu

Məmmədov Şöyüb Kamil oğlu

Sultanova Sədaqət Ramiz qızı

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Məmmədov Rövşən Rəhim oğlu

Osmanov Akif Osman oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Əliyarzadə Maya Vaqif qızı

Xəlilova Arzu Sərhəddin qızı

Musayeva Samirə Fəxrəddin qızı

Rəhimli Elşən Moqif oğlu

Yadigarov Fariz Məhəmməd oğlu

Yunusov Məhəmməd İlham oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Hacıyev Fərid Məzahir oğlu

Həsənov Nicat Nizami oğlu

Namazlı Elçin Alim oğlu

Yusifov Elnur Əli oğlu.

 

Dövlət başçısı Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb. 

 

Sərəncamla Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 

 

Eyni zamanda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib. 

09.02.2019 13:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ