Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın böyük bankı Fərdi Bankçılıq bölməsini istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın böyük bankı Fərdi Bankçılıq bölməsini istifadəyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu məqsədlə Bankın Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib.

 

Reklam_3_11

Filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Mərkəz filialının Fərdi Bankçılıq bölməsi xüsusi dizayn əsasında hazırlanaraq müştərilərə ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

11.02.2019 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ