Azərbaycanda daha bir krossover satışa çıxarılır - QİYMƏTLƏR

Hyundai avtomobillərinin rəsmi idxalçısı "Auto Azərbaycan” şirkəti daha bir krossoverin (SUV) satışına başlayır.

 

“Marja” xəbər verir ki, Fevral ayı ərzində yenilənmiş Hyundai Tucson-ın satışına başlanacaqdır.

 

Yenilənmiş Hyundai Tucson Azərbaycanda 3 komplektasiyada təklif olunur.  Avtomobil  157 at gücündə 2.0 litr mühərriklə və 6 pilləli avtomat sürət qutusu ilə təchiz edilir.

 

Yenilənmiş Hyundai Tucson -ın yanacaq sərfiyyatı 100 km üçün 8.3 litrdir.

 

"Auto Azərbaycan” şirkətindən “Marja”ya bildirildi ki, Tucson Fevral ayının sonuna yaxın Azərbaycana gətiriləcəkdir. 

 

Komplektasiyadan asılı olaraq qiymətlərin 42 min 300 manat – 51 min 900 manat arasında olacağı gözlənilir. Qiymətlər avtomobil gəldikdən sonra tam dəqiqləşəcəkdir.

 

Daha ətraflı: http://www.hyundai.az/tucson/

 

12 Fevral 2019 , 15:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin