Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ən varlı 400 nəfərin sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən varlı 400 nəfərin sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur

Sərvət bərabərsizliyi barədə aparılan bir araşdırmaya görə,1980-ci ildən bu yana ən varlı 400 amerikalının sərvəti 3 dəfə artıb.
 

"Marja" xəbər verir ki, Kaliforniya Universitetinin iqtisadçısı Qabriel Zucman tərəfindən hazırlanan "Dünyadakı Bərabərsizlik Bazası" hesabatında, ABŞ-ın yüksək zəngin sinifi ilə alt sinif arasındakı fərqin daha da artdığı qeyd edilib.
 

Reklam_3_11

Hesabatda, ABŞ əhalisinin 0,00025%-ni təşkil edən ən zəngin 400 amerikalının sərvətinin ölkə əhalisinin 60%-ni təşkil edən ən alt təbəqədəki 150 milyon nəfərin sərvətindən daha çox olduğu vurğulanıb.
 

Hesabata görə, sözügedən 60%-lik ən aşağı təbəqənin ölkə sərvətində payı 1987-də 5,7% ikən 2014-də 2,1%-ə geriləyib.
 

Zucman hesabatında, zənginlərin sərvətlərinə avtomobil, mebel kimi şəxsi əşyaların sayının daxil edilməsinin çətin olduğunu qeyd edərək,"Bir çoxu sərvətlərini "offshore"larda gizlətdiyindən son on ildə ultra varlıların həqiqi sərvətlərini müəyyən etmək çətinləşib" deyib. 
 

Hesabatda, sərvətin kiçik bir qrupun əlində yığılmasının alt və orta sinif ailələrdəki təhlükəsizlik duyğusunu aşındırdığı barədə xəbərdarlıq edilib.

 

Hesabatda qeyd edilib ki, zənginlər hər ötən gün siyasətə daha çox təsir göstərirlər. Milyarderlərin siyasəti öz xeyirlərinə dəyişdirməyi bacarırlar. 

11.02.2019 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ