"Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"

Ötən il ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Apellyasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb.

 

Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov həmin müddətdə şuraya 119 müraciətin daxil olduğunu deyib.

 

Onun sözlərinə görə, müraciətlərdən 118-i Apellyasiya Şurasının funskional fəaliyyəti, 1-i isə əmtəə nişanın geniş tanınmış hesab edilməsi ilə bağlı qaydaların izah edilməsi ilə əlaqədar olub: "Tam və ya qismən təmin edilmiş ərizələrin sayı 25, rədd edilmiş ərizələrin sayı 10, baxılmamamış saxlanılmış ərizələrin sayı (geri götürülmüş ərizə) 3, işə baxılması təxirə salınmış ərizələrin sayı 33 olub. Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 25 faizə, audio-video məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə düşüb".

 

K.İmanov qeyd edib ki, keçən il agentlikdə müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olmuş, onların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılıb: "21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanıb".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11 Fevral 2019 , 11:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin