Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Kristal Towers” təqdim edildi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kristal Towers” təqdim edildi!

“Kristal Abşeron” şirkəti daha bir premium layihəsini təqdim edib.

 

Şirkət bu günə qədər inşa etdiyi ən premium layihəsi, gözəllik və dəbdəbənin sintezi “Kristal Towers”i 2019-cu ilin sonunda təhvil veməyi planlaşdırır. “Kristal Abşeron” bu layihədə premium müştərilərinə xitab edəcək bulvar və şəhər mənzərəli mənzillər təklif edir.

 

 “Kristal Abşeron”  bu layihəsində də istifadə edilən Avropa istehsallı brend tikinti material və aksessuarları ilə kefiyyət və təhlükəsizliyin harmoniyasını yaradıb.

 

 Premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Kristal Towers “16 mərtəbədən ibarətdir. Burada fasad üçün nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiya edici materialdan istifadə ediləcək. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, eyni zamanda nəmişliyə davamlıdır. 3,5 metr hündürlüklü mənzillər standard ölçülərdən daha artıqdır. Premium keyfiyyətin daha bir nümunəsi isə burada istifadə ediləcək Finlandiya istehsalı ən təhlükəsiz KONE liftləridir. Bina fasadı xüsusi zövqlə işlənmiş mərmər materialı ilə  üzlənəcək.

 

“Kristal Towers”i tərk etmədən bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Burada yeraltı qaraj, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək. Sizi özəl hiss etdirəcək daha bir məqam isə  konsyerj xidmətidir. Sevdikləriniz, ailə üzvləri və dostlarınızla gözəl şam edə biləcəyiniz gözəl məkan- qüllənin sonuncu mərtəbəsində yerləşən restoran isə zövqünüzə oxşayacaq.     

 

 Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan “Kristal Towers” həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. “Dünyagöz” klinikasının arxasında yerləşən premium layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir. Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki?! Özünüzə və yaxınlarınıza bu gözəlliyi bəxş etməkdən çəkinməyin. Ən gözəl anlarınızı doya-doya yaşamaq istədiyiniz lüks apartamentlər artıq sizin ola bilər.

 

Kristal Abşeron – Xəyallarınızı inşa edirik!

 

Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.

https://www.facebook.com/KristalAbsheron/videos/356958528476731/

11.02.2019 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ