Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İpoteka və Zəmanət Fondunun mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka və Zəmanət Fondunun mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycan İpoteka və Zəmanət Fondunun vergidən əvvəlki mənfəəti 19 milyon 319 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 2,9% çoxdur. Fond 2017-ci ili  18 milyon 784 min manat vergidən əvvəlki mənfəət ilə bağlamışdı.

 

“Marja” Fondun açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Fondun faiz gəlirləri 32% və ya 11 milyon 743 min manat artaraq 47 milyon 988 min təşkil edib. Müqayisə olunan dövrdə Bankın faiz xərcləri isə 36,3% və ya 4 milyon 643 min manat artaraq 17 milyon 414 min manata yüksəlib.

 

2016-cı illə müqayisədə  İpoteka və Zəmanət Fondunun faiz gəlirləri 2 dəfədən çox, əməliyyat mənfəəti isə 2,7 dəfə artıb.

 

AKTİVLƏRİ 1 MİLYARD MANATI AŞIB

 

31 Dekabr 2018-ci il tarixində Fond 1 milyard 277 milyon manat cəmi aktivlərə və  895 milyon 274 min manat ipoteka kreditləri portfelinə malik olub. 31 Dekabr 2017-ci il tarixində Fond 958 milyon 384 min manat cəmi aktivlərə və  683 milyon 691 min manat ipoteka kreditləri portfelinə malik idi.

11.02.2019 10:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ