Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nobel mükafatlı iqtisadçıdan durğunluq xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Nobel mükafatlı iqtisadçıdan durğunluq xəbərdarlığı

Nobel mükafatlı iqtisadçıya görə, qlobal iqtisadiyyatın bu il durğunluğa girməsi ehtimalı var.
 

Bazar iştirakçıları, ABŞ - Çin ticarət müharibələrinin şirkət və istehlakçı etibarına zərər verməsi səbəbilə gələcək aylarda ciddi iqtisadi çətinlik gözləyirlər. 

 

"Marja" xəbər verir ki, Dubaydakı Dünya Hökumətlər Zirvəsində çıxış etmiş Nobel mükafatlı iqtisadçı Paul Krugman gələcək aylarda durğunluq olub-olmayacağı barədə suala, "Güman edirəm ki, bu il və ya gələn il qlobal iqtisadiyyatın durğunluğa girməsi ehtimalı yüksəkdir" - deyib. 
 

Krugman sadəcə bir hadisənin iqtisadi tənəzzülə səbəb olmayacağını, bir sıra iqtisadi qeyri-müəyyənliklərin yavaşlamanı artıracağına diqqət çəkib. 
 

ABŞ Prezidenti Donald Trampın vergi güzəştlərinin narahatlıqlardan biri olduğunu bildirən Krugman proqramın çox effektiv olmadığını dilə gətirib. Krugman hazırda Avro Zonasının durğunluğa yaxın göründüyünü bildirib.
 

Avropa Komissiyası ötən həftə Avro Bölgəsinin 2019 və 2020-ci illər üzrə artım proqnozlarını kəskin aşağı salıb. Bu da qlobal iqtisadi artıma dair narahatlıqları gücləndirib.

11.02.2019 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ