Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 Yanvar 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 655.9 milyon dollar təşkil edib.

 

"Marja" Mərkəzi Banka istinadən xəbər verir ki, bu məbləğ, ötən ilin Dekabr ayının sonu ilə müqayisədə 33,4 milyon dollar çoxdur.

 

Ötən ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 622.5 milyon dollara çatmışdı.

 

Fevralın əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, valyuta ehtiyatlarının artması bazardan valyuta alışı ilə bağlı deyil. Artım valyuta ehtiyatlarının idarə edilməsindən, banklara verilən svopların geri qaytarılmasından, Mərkəzi Bankın göstərdiyi xidmətlərə görə daxilolmalardan qaynaqlanır.

11.02.2019 11:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ