"myAccess"də daha bir yenilik - Ödəniş kartınızı 1 kliklə sifariş edin

(®) "myAccess" həyatınızı asanlaşdırmağa davam edir! Artıq ödəniş kartı sifariş etmək üçün filiala getməyə ehtiyac yoxdur. Bu xidmət "myAccess" istifadəçiləri üçün bir klik qədər yaxın oldu.
 

"AccessBank"ın müştəriləri yeni "Visa" və "Mastercard" debit kartlarını "myAccess" onlayn bankçılıq xidməti vasitəsilə sifariş edə bilərlər. Müraciətə bank tərəfindən operativ şəkildə baxıldıqdan sonra müştəri kartı hansı filialdan əldə edəcəyini özü seçəcək.


Siz də həyatınızı asanlaşdırmaq istəyirsinizsə, "myAccess" xidmətinə pulsuz qoşulun!

 

"myAccess" öz vəsaitlərinizi idarə etmək və xərclərinizi nəzarətdə saxlamaq üçün sizin ən sürətli və rahat bank alətiniz olacaq. Unutmayın ki, bank filiallarından fərqli olaraq, "myAccess" 7/24 rejimində xidmətinizdədir.

 

Ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook səhifəsindən, eləcə də 151 nömrəsinə zəng edərək Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

11 Fevral 2019 , 15:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin