Çində 2 böyük şirkət "defolt"a düşdü

Çində iki böyük şirkət istiqraz ödəmələrini yerinə yetirməyərək iflas (defolt) vəziyyətinə düşüb.
 

Yerinə yetirilməyən öhdəliklərin rekord səviyyəyə çatdığı Çinin kredit bazarında risklər artır.
 

Bərpa olunan enerji və daşınmaz əmlak sektorlarına fokuslanmış özəl investisiya qrupu "China Minsheng Investment Group Corp"  istiqraz investorlarına 1 Fevral 2019-cu il tarixində geri ödəməsini reallaşdırmayıb. 
 

Həmçinin "Wintime Energy Co." keçən həftə borcunu qaytara bilməyib.  
 

Sözügedən proseslər, müvafiq şirkətlərin böyük borcalanlar olması səbəbindən əhəmiyyətlidir.
 

"Cihna Minsheng"in 34.3 milyard dollar borcu var. 

 

Defolt (Default) - Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsidir. 

11 Fevral 2019 , 15:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin