Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiyada Azərbaycanın topdan paylayıcı mərkəzlərinin yaradılması planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada Azərbaycanın topdan paylayıcı mərkəzlərinin yaradılması planlaşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Rusiya baytarlıq nəzarət sistemi və heyvandarlıq məhsullarının istehsalı üzrə Azərbaycan müəssislərinin fəaliyyəti ilə tanışlıq məqsədilə səfərlərin təşkilini planlaşdırır.

 

Bu barədə hökumətdən məlumat verilib.

 

“Bu məsələ ötən ilin dekabr ayında Moskvada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın XVII iclası çərçivəsində müzakirə olunub”, - hökumətdən qeyd ediblər.

 

Bundan əlavə, tərəflər baytarlıq nəzarətindən keçməli olan məhsulların gətirilməsinə qadağanın aradan qaldırılması məsələsini müzakirə ediblər.

 

“O cümlədən, Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə baytarlıq sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin razılaşdırılması prosesini sürətləndirmək tapşırılıb”, - hökumətdən qeyd olunur.

 

Bildirilir ki, tərəflər Azərbaycan ASK məhsullarının satışı ilə məşğul olan Rusiya və Azərbaycan ticarət şəbəkələrinin qarşlıqlı əlaqəsini və topdan paylayıcı mərkəzlər şəbəkəsininin formalaşdırılmasını təşkil etməyə dair razılığa gəliblər.

 

“Bundan əlavə, tərəflər iki ölkənin bazarlarına malların və kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarük nomenklaturasının genişləndirilməsi, həcminin artırılması və çıxarılması üzrə birgə fəaliyyəti davam etdirməyə dair razılığa gəliblər”, - agentliyin həmsöhbəti bildirib.

 

2018-ci ildə Azərbaycan 1 mlrd. 689 mln. dollar məbləğində qeyri-neft məhsulları ixrac edib. Bunun 560 mln.-u və ya ümumi həcmin 33,1%-i meyvə-tərəvəzin payına düşüb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan”  

11.02.2019 13:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ