Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Türkiyədən ən iri gül idxalatçıları sırasındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Türkiyədən ən iri gül idxalatçıları sırasındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Türkiyədən ən iri gül idxalatçıları sırasındadır.

 

Reklam_3_11

Bunu Mərkəzi Anadolu Dekorativ Gül və Məhsul İxracatçıları Assosiasiyasının başçısı İsmayıl Yılmaz bildirib.

 

Onun sözlərinə görə, Türkiyənin gül istehsalçıları 2019-cu ildə ixracın həcmini genişləndirərək 125 milyon dollar həddinə çatdırmağı planlaşdırırlar. 2018-ci ildə Türkiyədən 100 milyon dollarlıq 450 milyon gül ixrac olunub.

İ.Yılmaz deyib: “Türkiyə güllərinin əsas satış bazarları Niderland və Böyük Britaniyadır. Son illər Özbəkistana ixrac artır. Almaniya, Azərbaycan və İraq da Türkiyə güllərinin iri idxalatçılarıdır. Hazırda Türkiyə gülləri 77 ölkəyə göndərilir. Lakin biz onların sayını 85-ə çatdırmağı planlaşdırırıq”.

 

Assosiasiya başçısının sözlərinə görə, Türkiyədə 100 növdən çox gül istehsal edilir. Lakin ixracın əsas hissəsi qərənfilin payına düşür. Türkiyə qərənfilləri beynəlxalq bazardakı məhsulla rahat rəqabət aparır.

 

İ.Yılmaz deyib ki, gül sektoru məşğulluğun təmin olunmasına böyük töhfə verir. Bu sektorda 30 min insan işləyir. Onların ailəsi nəzərə alınsa, gül sektoru 300 min insan üçün gəlir mənbəyidir. O, sonda deyib: “Bütövlükdə yaxın illərdə ixracı ildə 500 milyon dollara çatdırmağı planlaşdırırıq”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Aərtac

12.02.2019 04:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ