BVF Rəhbərindən xəbərdarlıq: Fırtınaya hazırlıqlı olun!

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard, qlobal iqtisadiyyatın artım sürətinin gözləntilərdən çox sürətlə yavaşladığına diqqət çəkib və qlobal iqtisadiyyata təsir edən "dörd buludun" ehtimal olunan bir "fırtına" yarada biləcəyi xəbərdarlığını edib.
 

"Marja" xəbər verir ki, Dubayda keçirilən "World Pemerintah Summit"də danışan Laqard, ölkə rəhbərliklərindən, mümkün bir fırtınaya qarşı hazırlıqlı olmalarını istəyib.
 

Həmin risklər arasında "ticarət gərginlikləri və əlavə gömrük vergiləri,faizlərin artırılması, "Brexit" prosesi qeyri-müəyyənliyi və Çin iqtisadiyyatında artan geriləmə" olduğunu bildirən Laqard, ABŞ və Çin arasındakı ticarət gərginliyin təsirlərinin indidən görülməyə başladığını söyləyib:
 

"Bu gərginliyin necə səngiyəcəyini bilmirik, amma indidən ticarətə və bazardakı inama mənfi təsir etməyə başladığını görə bilirik".
 

Həmçinin Laqard, hökumət və şirkətlərin borclarının da risk olduğuna diqqət çəkib və əlavə edib:
 

"Havada çox bulud olanda, fırtınanın çıxması üçün lazım olan tək şey bir ildırımdır".

12 Fevral 2019 , 08:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin