Dollara olan tələb artmaqdadır, bahalaşa bilər - GÜNƏ BAXIŞ

Beynəlxalq valyuta birjalarında dollara olan tələb artmaqdadır və dollar indeksi üzrə təhlillər, əlavə olaraq 0.3%-ə kimi bahalaşmaya işarə edir.


 

ABŞ-Çin böhranı fonunda ümidlər və Avrozonada iqtisadi risklər 

 

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında münasibətlərin istiləşməsi ümidlərinin artdığı bir vaxtda, Avrozona və digər ölkələr fonunda iqtisadi risklərin də artması, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmaya səbəb olur. Avronun qiyməti artıq 1.13$ və Funtun qiyməti 1.29$-ın altında ticarət edilməkdədir.

 

Türkiyə birjalarında lirə təzyiq altında

 

USD/TRY məzənnəsində də bahalaşma müşahidə edilir. USD/TRY məzənnəsində bahalaşma 5.30TL-nin qırılması ilə nəticələnərsə, artım dalğası 5.36TL-yə kimi də sürətlənə bilər.

 

Foreks bazarlarında dollar 0.3% də bahalaşa bilər

 

Təhlillərə əsasən, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri əlavə olaraq, 0.3% də bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

12 Fevral 2019 , 08:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin