"SOCAR-ın Türkiyədəki investisiyaları 18 milyard dolları keçəcək"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə iqtisadiyyatına investisiyaları 18 milyard dolları keçəcək.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Anadolu agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR-ın Türkiyədəki ən iri investisiyalarından biri “STAR” neft emalı zavodunun inşasına yatırılan sərmayədir.

R.Abdullayev bu layihə üzrə işlərin 80 faizinin başa çatdığını və zavodun 2018-ci ildə istismara veriləcəyini deyib.

SOCAR prezidenti həmçinin, TANAP boru kəməri üzrə də tikinti işlərinin davam etdiyini bildirib:

“Hazırda TANAP-ın tikintisinə xarici maliyyələşmənin cəlb olunması üçün banklarla danışıqlar aparılır. Layihəyə 4 milyard dollar investisiyanın cəlb olunması imkanı var. Bundan başqa, “Cənub Qaz Dəhlizi” şirkətinin TANAP-dakı 58 faizlik payının 8 faizinin SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey”ə verilməsi qərarı var. Bu sazişin yaxın zamanlarda əldə olunacağı gözlənilir”.

© Trend

15 Dekabr 2017, 15:02   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]