Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"İnsanların illərlə yığdıqları pul bir anda klinikaların gəlirinə çevrilir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnsanların illərlə yığdıqları pul bir anda klinikaların gəlirinə çevrilir"

Özəl klinikaları tənqid edənlər karvanına iqtisadçı-ekspertlər də qoşulub.

 

"Marja" xəbər verir ki, tanımış iqtisadçı-ekspert Samir ƏIiyev özünün Facebook səhifəsində yazıb: 

 

"Özəl klinikalar ağzına kimi doludur. Qiymətlər kəllə-çarxa çıxır. Həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Bir pasiyent orta hesabla 150-200 manat xərcləyir. Mən hələ həkimlərin pasiyentlərini lüzumsuz analizlərdən keçməyə vadar etməsini demirəm. Maraqlıdır özəl klinikalardan il ərzində nə qədər vergi yığılır? Görünən də odur ki pulların hamısı vergiyə cəlb olunmur.Bəs sayına görə ərzaq dükanları ilə rəqabət aparan apteklər nə qədər vergi verir? Ölkədə səhiyyə bərbad haldadır. Dövlətin təcili yardım xidməti isə yarıtmaz işləyir. Vaxtında gəlmir, həkimləri qeyri-peşəkardır, standart hamıya eyni iynə vurmaqla işlərini bitmiş hesab edirlər. Ölkə iqtisadiyyatı sanki klinika-aptek biznesi üzərində qurulub. İnsanların illərlə qəpik-qəpik yığdıqları pul bir anda klinikaların gəlirinə çevrilir. Bu biznes o qədər gəlirli olub ki, TV verilişlərin əksəriyyətinin sponsoru özəl klinikalardır. Tibbi sığorta sistemi qısa müddətdə tam işə düşməsə bu gün birtəhər pul tapan insanlar sabah həkim nəzarətindən kənarda qalacaqlar".

12.02.2019 06:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ