Gömrük vergisi və rüsumlarında 46% artım!

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 milyon 645,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 milyon 557,4 min manat və ya 45,8% çoxdur.

 

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17  milyon 9,8 min manat və ya 28,6% artaraq 76 milyon 480,4 min manat olub.

 

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 76 milyon 29,8 min manat və ya 48,4% artaraq 233 milyon 48,7 min manat, aksizlər 10 milyon 81,6 min manat və ya 2,5 dəfə artaraq 16 milyon 862,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 436,2 min manat və ya 15,5% artaraq 3 milyon 254,3 min manat təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

12 Fevral 2019 , 11:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin