Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha bir kooperativ təsərrüfat yaradıldı - 29 NƏFƏR BİRLƏŞİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir kooperativ təsərrüfat yaradıldı - 29 NƏFƏR BİRLƏŞİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsmayıllı rayonunun Külüllü kəndi ərazisində “Külüllü kənd təsərrüfatı məhsullarının istehsalı” kooperativi yaradılıb.

 

Reklam_3_11

Kooperativdə 29 nəfər torpaq mülkiyyətçisi ilkin mərhələdə 140 hektardan artıq pay torpaq sahələrini, texnika və digər istehsal vasitələrini cəmləyərək təsərrüfat formalaşdırıblar.

 

Əvvəllər pərakəndə halda istifadə olunan torpaqların birləşdirilərək kooperasiya formasında əkilib-becərilməsinin üstünlükləri barədə danışan təsərrüfatın rəhbəri Mahmud Kazımov deyib: “Təsərrüfatın kollektiv idarəçiliyinin üstünlüklərini hər birimiz yaxşı başa düşürük. İnanırıq ki, kooperativ təsərrüfatımızda yüksək nəticələr əldə edəcəyik. Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların da kooperativ tərəfindən əkilib-becərilməsi barədə qarşılıqlı razılıq əldə etmişik”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramına və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında ilk təsərrüfat 2018-ci ilin oktyabrında Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində yaradılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

12.02.2019 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ