Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Britaniya şirkəti Azərbaycanda 67,5 min unsiyaya qədər qızıl hasil etməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Britaniya şirkəti Azərbaycanda 67,5 min unsiyaya qədər qızıl hasil etməyi planlaşdırır

Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2019-cu ildə 82 min unsiyadan 86 min unsiyaya qədər əlvan metal hasil etməyi planlaşdırır. Bu barədə şitkətin məlumatında qeyd olunur.

 

“Cari il üçün proqnoz 82 mindən 86 min unsiya qızıl ekvivalenti arasında dəyişir, bunun 65 mindən 67,5 min unsiyayadık həcmi qızılın paylına düşəcək. 2018-ci ildə əlvan metal hasilatının həcmi 83 min 736 unsiya qızıl ekvivalentində, həmçinin 72 min 798 unsiya təmiz qızıl təşkil edib”, - şirkətdən vurğulayıblar.

 

"Anglo Asian Mining"in məlumatına görə, 2019-cu ildə 3,1 mindən 3,3 min tonadək həcmdə mis, 28 mindən 30 min unsiya qızıl ekvivalentində mis konsentratının hasilatı gözlənilir. 2018-ci ildə şirkət 1645ton mis və 17 min 791 unsiya qızıl ekvivalentində mis konsentratı hasil edib.

 

Məlumata görə, 2019-cui ilin hasilat proqnozları şirkətin metallara olan qiymət büdcəsində müəyyən edilən hesablamalara əsasən hazırlanıb: bir unsiya qızıl üçün - 1250 dollar, bir unsiya gümüş üçün 15 dollar, bit ron mis üçün 6,1 dollar.

 

Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

 

Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

 

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

12.02.2019 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ