Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Türkiyə kəşf etdiyi qaz sahələrilə cari kəsirini 5 milyard lirə azaldacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə kəşf etdiyi qaz sahələrilə cari kəsirini 5 milyard lirə azaldacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz, "Türkiyə Petrolları Anonim Ortaqlığı"nın (TPAO) İstanbul Silivridə yerləşən Qərbi Çeltik-1 və Qərbi Değirmenköy 4-5 quyularında təbii qazı alovlandırıb.
 

"Marja" xəbər verir ki, nazir Dönməz burada etdiyi çıxışında, Qərbi Çəltik və Qərbi Değirmenköy sahələrindəki istehsalla yerli istehsalın 2 dəfə artacağını qeyd edib.

 

Nazir, "Yeni kəşf edilən və istehsala başlanan Qərbi Çəltik və Qərbi Değirmenköy sahələrimizdə illik təxminən 300 milyon kubmetr təbii qaz istehsal etmək gücünə çatacağıq. Hər iki sahədə cəmi 3 milyard kubmetrlik bir ehtiyat təsbit etmişik. Kəşf etdiyimiz sahələrdə həyata keçiriləcək istehsal, cari kəsirin 5 milyard lirə azalmasını təmin edəcək səviyyədədir", - ifadələrini istifadə edib.

 
Türkiyənin karbohidrogen ehtiyatlarının məhdud olduğunu bildirən Dönməz, qazma və hasilat fəaliyyətlərinin fasiləsiz davam etdiyini deyib.

12.02.2019 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ