"Hələ də zəif banklar var, Palata bu bankların birləşdirilməsinə çalışmalıdır"

“Azərbaycanda müflis olmuş banklarla bağlı əsas problem sığortalanmayan əmanətlərin qaytarılmaması məsələsidir. Artıq bir neçə ildir ki, bu problemlər hələ də həllini tapmır”.

 

Banklarla vətəndaşlar arasındakı çəkişmə yeni rəsmi qərar qəbul edilməsinə səbəb olub.

 

Bu sözləri açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O, bankların müflisləşməsinin qarşısının alınması üçün təklif səsləndirib: “Yaxşı olardı ki, 2016-cı ildə bankların müflisləşməsi prosesi cari ildə müşahidə edilməsin. Bu səbəbdən hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır ki, bankların müflisləşməsini deyil, birləşdirilməsini həyata keçirsin”.

 

V.Bayramov aparılan qiymətləndirmənin nəticələrindən danışıb: “Aparılan qiymətləndirmə onu göstərir ki, sektorda hələ də zəif banklar var. Bizim qiymətləndirməmizə görə, bu gün belə bankların sayı dörddür. Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankların birləşdirilməsinə çalışmalıdır”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Sputnik-Azərbaycan

12 Fevral 2019 , 10:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin