Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hər bir sakin ərzaq, içki və siqaretə 148 manat xərcləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər bir sakin ərzaq, içki və siqaretə 148 manat xərcləyir

2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.

 

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar ayına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

2 898,5

102,7

o cümlədən:

ərzaq məhsulları

1 283,1

102,7

içkilər və tütün məmulatları

  172,9

100,1

toxuculuq məhsulları, geyim və ayaqqabılar

508,5

103,3

elektrik malları və mebellər

177,5

102,9

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

20,7

103,2

əczaçılıq və tibbi mallar

38,9

103,5

avtomobil yanacağı

164,6

102,0

digər qeyri-ərzaq məhsulları

532,3

103,4

 

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19,0 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 30,6 faizi isə bazar və yarmarkalarda satılmışdır.   2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda 5,0 faiz azalmışdır.

 

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

12.02.2019 09:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ