Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

600-dən çox insanın işlə təmin olunacağı zavodun inşasına başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
600-dən çox insanın işlə təmin olunacağı zavodun inşasına başlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göygöl rayonu ərazisində Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinə başlanılıb.

 

"Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında həyata keçirilən inşaat işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Bu məqsədlə "Run Group" MMC ilə adıçəkilən şirkət arasında müqavilə imzalanıb. 

 

Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq.

 

ÇİN KORPORASİYASI İLƏ BİRGƏ TİKİLİR

 

Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir.

 

Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir. "Zahavi Pretty", həmçinin "Run Group"un digər layihələrinin də hüquqi təminat işlərini həyata keçirir.

 

MƏHSULUN 98 FAİZİ İXRAC OLUNACAQ

 

Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 600 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Məhsulun 98 faizi xaricə ixrac olunacaq, yalnız 2 faizi ölkədə daxilində bazara çıxarılacaq. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.

 

Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir.

 

Qeyd edək ki, bu, "Run Group"un Göygöldəki yeganə layihəsi deyil. Belə ki, şirkət yaxın gələcəkdə burada daha 2 böyük müəssisənin inşasını həyata keçirəcək. Onlardan biri Azərbaycan brendi olacaq otel, digəri isə otel tipli sağlamlıq mərkəzidir. Müvafiq olaraq 16 və 3 hektarlıq ərazidə yerləşən otel və sağlamlıq mərkəzi Azərbaycanın turizm və səhiyyə sektorunun inkişafına yeni töhfə olacaq.

 

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial, eləcə də ekoloji sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.

12.02.2019 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ