“Mətanət A” şirkəti yeni vakansiyalar elan etdi

“Mətanət A” şirkəti yeni vakansiyalar elan edib.


 

 1.Səyyar təchizatçı vakansiyanı elan edir

 

İşin təsviri:

-Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

-Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

-Alınan malların keyfiyyətinə nəzarət.

 

Əmək haqqı:

-Razılaşma yolu ilə;

 

Tələblər:

-Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);

-Ali təhsil;

-Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;

-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

-Kompüter biliyi;

-Yaş həddi: 25-40;

-3 il iş təcrübəsi;

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

-Şəxsi avtomobilin olması.

 

Əlavə tələblər:

-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;

 

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

 CV-ləri [email protected] ünvanına göndərin.


 

2. İşə qəbul üzrə mütəxəssis (Recruitment) 

 

Vəzifə öhdəlikləri:

-Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;

-Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;

-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;

-Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;

-Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;

-Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;

-İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;

-İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 

-Kadr bazasının hazırlanması və yenilənməsi;

-Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;

-İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;

-Sınaq müddəti təyin edilməsi və izlənməsi;

-Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;

-İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

 

Əmək haqqı:

-Razılaşma yolu ilə.

 

İş şəraiti:

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Tələblər:

-İqtisadiyyat, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;

-Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;

-23-40 yaş həddi;

-Müvafiq sahədə 2- 3 il iş təcrübəsi;

- Stres altında işləməyi bacarmalı;

- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;

- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;

 Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;

-CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;

 -MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

 

Qeyd:

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.


 

3.Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis

     

Vəzifə öhdəlikləri:

-İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;

-Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,

-Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;

-Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;

-İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;

-Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;

-İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;

-Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;

-Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;

-Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini  nəzarət altında saxlamaq;

-Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;

-Uyğunsuzluğun təhlilində iştirak etmək;
 

Tələblər:

-Yaş həddi: 28-40

-Ali təhsilli (menecment, və ya  standartlaşdırma və sertifikasiya sahəsində) və ya  texniki yönümlü ali təhsil;

-Analoji sahədə ən azı 3 il iş təcrübəsi;

-Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO    9001:2015 sertifikatlara malik olması);

-İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);

-KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;

-Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;

-Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

 

Əlavə məlumatlar:

-Əmək haqqı razılaşma əsasında;

-İş saatı: 09-00-dan 18-00-dək;

- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


 

3. Hüquqşünas köməkçisi 

 

Vəzifə öhdəlikləri:

-Müqavilələrin hazırlanması və yoxlanılması;

-Əmtəə nişanlarının alınması və müddətinin uzadılması;

-Etibarnamələrin hazırlanması;

-Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;

-Təsis sənədləri ilə bağlı işlər;

-Məktubların hazırlanması və cavablandırılması;

-Viza və miqrasiya məsələlərinin təşkili;

-Hüquqi məsləhətlərin verilməsi.

 

Əmək haqqı:

-Razılaşma yolu ilə.

 

İş şəraiti:

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Tələblər:

-Təhsil: Ali (Hüquq)

-İş təcrübəsi: 1 ilə qədər iş təcrübəsi olan;

-Yaş həddi:20-35

-Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

-Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilmək.

 

Qeyd:

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.

12 Fevral 2019 , 12:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin