Ağ Ev: Tramp Xi ilə görüşmək istəyir

ABŞ rəhbərliyi, Prezident Donald Trampın ticarət müharibəsini dayandırmaq üçün üçün Xi Jinping ilə görüşmək istədiyini bildirib.
 

"Marja" xəbər verir ki, Ağ Evin müşaviri Kellyanne Conway "Fox News"a verdiyi açıqlamada, "Tramp Xi ilə çox yaxın zamanda görüşmək istəyir. Prezident bağlanacaq müqavilənin amerikalıların, amerikan fəhlələrinin və ABŞ-ın maraqlarına uyğun olmasını istəyir" deyib.
 

İki tərəfin nümayəndələri, Amerika şirkətlərinə zərər verən dövlət dəstəkli iqtisadi modeldə daha geniş islahatlar aparılmasını bu həftə Pekində müzakirə edəcəklər. 
 

Orta səviyyəli nümayəndələrin Bazar ertəsi günü başladığı danışıqlar, ABŞ-ım Ticarət Nümayəndəsi Robert Lighthizer, ABŞ-ın Xəzinə Naziri Steve Mnuchin ve Çin Dövlət başçısının köməkçisi Liu He-nin də iştirakı ilə Cümə günü davam edəcək.

 

Danışıqların 1 Mart tarixinə qədər bir müqavilə ilə yekunlaşmayacağına dair narahatlıqlar artıb. 1 Marta qədər bir müqaviləyə bağlanmasa, Prezident Donald Tramp 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən idxal vergisini iki dəfə artıracağını bildirmişdi..

12 Fevral 2019 , 12:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin