Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verib. Proses bu il də davam etdiriləcək. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi bankın kredit siyasətində önəmli yer tutacaq. Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə biznes kreditlərinin şərtlərini daha da asanlaşdırıb.

 

Müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxsləri və fərdi sahibkarları “Dəstək olaq, işinizi böyüdün!” devizi ilə bankla fəal əməkdaşlığa dəvət edən Azərbaycan Beynəlxalq Bankının biznes krediti şərtləri indi belədir:  

 

-Maksimal məbləğ: 5 000 000 AZN

-Faiz dərəcəsi: illik 6%-dən başlayaraq

-Müddət: 84 ayadək

 

Sahibkarlar kredit üçün bankın bütün filiallarına müraciət edə bilərlər. Biznes kreditini bankdan onlayn qaydada da sifariş etmək mümkündür. Müraciət göndərildikdən sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır. Onlayn kredit sifarişi üçün link: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/

 

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq ötən il kiçik və orta sahibkarlıq subyektləri ilə fəal tərəfdaşlığa başladıq. Yaratdığımız imkanlar sahibkarlarda böyük maraq doğurdu, biznes kreditləri üçün banka müraciətlər intensivləşdi. Sahibkarların istəklərini nəzərə alaraq  onlar üçün yaratdığımız imkanları daha da genişləndiririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər kəs bu imkanlardan istifadə edərək öz biznesini inkişaf etdirə biləcək. Sahibkarlarımızı bu sərfəli imkanlardan faydalanmağa çağırırıq”.

 

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı:https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

12.02.2019 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ