Ən yuxarı statik reklam-3_3

VISA: Azərbaycanda ödənişlərin 83%-i nağd formada həyata keçirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
VISA: Azərbaycanda ödənişlərin 83%-i nağd formada həyata keçirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

VISA beynəlxalq ödəmə sistemi Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin dünya göstəriciləri ilə müqayisədə aşağı olduğunu qeyd edir.

 

"Əgər dünya göstəricilərinə nəzər salsaq, bu gün dünya üzrə ödənişlərin yalnız 36%-i, Azərbaycanda isə 83%-i nağd formada həyata keçirilir", - deyə VISA-nın nümayəndəsi Məcid Hüceyr bu gün Bakıda keçirilən seminarda bildirib.

 

VISA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda ödənişlər bazarı 26 mlrd. 295,7 mln. dollar təşkil edib. Bu həcmin yalnız 4%-i ödəniş kartları vasitəsilə həyata keçirilib, daha 13%-i isə birbaşa köçürmələr təşkil edib. Qalan həcm nağd hesablaşmaların payına düşüb.

 

"Dünya üzrə bütün əməliyyatların təxminən 40%-i (dünya üzrə həcm 39 trln. 556 mlrd. 346,6 mln. dollar təşkil edib) nağdsız ödənişlərin, daha 16% birbaşa köçürmələrin, 4% isə ayrı-ayrılıqda çek və digər ödəniş növlərinin payına düşür", - deyə M. Hüceyr qeyd edib

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

12.02.2019 11:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ